“1:1 hesabı bizim üçün ayıbdır” – “Real”ın kapitanı

İspaniya La Liqasının 2-ci turu çərçivəsində öz meydanında “Valyadolid”lə 1:1 hesablı barəbərliyə razılaşan “Real”ın kapitanı Serxio Ramos matçdan sonra açıqlama verib.

Komanda.az Madird klubunun rəsmi saytına istinadən xəbər verir ki, müdafiəçi, matçla bağlı bunları deyib:

“Bizim üçün pis bir gün idi. İlk hissədə rəqibə təzyiq göstərdik və qol vurmaq üçün şanslarımız oldu. Amma bu gün bizim şanssız günümüz idi. 1:1 hesabı bizim üçün ayıbdır. Bu, bizim yeni mövsümdə öz meydanımızda ilk matçımız idi və azarkeşlərimizi sevindirmək istərdik. Buna borcluyuq və növbəti dəfə bunu bacaracağıq. Öz üzərimizdə işləməyə davam etməliyik.

Hər şeyi meydandan kənarda qoymağa çalışırıq. Keçən mövsümdən sonra komandaya təzyiqlər bir az da artdı”.

İspan müdafiəçi, adı “Real”la yanaşı çəkilən PSJ-nin futbolçusu Neymarla bağlı da danışıb:

“Neymar dünyanın ən yaxşı üç futbolçusundan biridir. Amma burda olmayan futbolçular haqqında danışmaq komandaya hörmətsizlikdir. Bu matçda belə nəticə olmasaydı, Neymarla bağlı sual verilməzdi. İstənilən komanda ilə rəqabət apara biləcəyimiz futbolçularla olmaqdan məmnunuq”.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button