“Sabah” uduzdu, “Qarabağ” xal itirdi

Bu gün Azərbaycan Premyer Liqasında 11-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, turun açılış oyununda “Qəbələ” doğma azarkeşləri qarşısında “Səbail”i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

“Neftçi” səfərdə “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirib. Qarşılaşmada hesabı “ağ-qaralar” açsa da, sonda “Keşlə” əzmkar qələbəyə sevinib.

Bu gün keçirilən iki oyunla tura yekun vurulub. Günün ilk oyununda “Sabah” “Sumqayıt”la üz-üzə gəlib. Sumqayıtlılar bu oyunda əzmkar qələbəyə seviniblər. Lider “Qarabağ” isə “Zirə”ni qəbul edib. Tərəflər bu oyunda heç-heçəyə razılaşıblar.

Azərbaycan Premyer Liqası, 11-ci tur

9 noyabr

Qəbələ – Səbail 3:0
Qol: Davit Volkov, 22; 45+2. Ülvi İsgəndərov, 90+2.
Qırmızı vərəqə: Əli Sadıxov, 80 (“Səbail”).
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, Namiq Bəkirov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
Qəbələ şəhər stadionu

Qəbələ: 1. Anar Nəzirov (k), 8. Qismət Alıyev, 11. Asif Məmmədov, 7. Roman Hüseynov, 74. Yusif Nəbiyev, 9. Davit Volkov, 3. İviça Zuniç, 10. Klesio Bauk, 77. Merab Qiqauri, 21. Fernan Lopez, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 28. Murad Musayev, 14. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 13. Kristian Kuaku, 6. İbrahima Niasse, 19. Rövlan Muradov, 20. Faiq Hacıyev, 22. Rüstəm Nuriyev
Baş məşqçi: Azər Bağırov

Səbail: 85. Kamal Bayramov, 4. Eltun Yaqublu (k), 17. Elçin Rəhimli, 13. Şəhriyar Rəhimov, 14. Rahid Əmirquliyev, 10. Ağabala Ramazanov, 32. Elvin Yunuszadə, 34. Urfan Abbasov, 22. Mirabdulla Abbasov, 8. Yevgeni Koçuk, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Aleksandr Rıbka, 88. Orxan Qurbanlı, 26. Kamal Qurbanov, 7. Fəhmin Muradbəyli, 5. Vüqar Bəybalayev, 55. Adil Nağıyev, 9. Mirsahib Abbasov, 6. Maykl Esyen, 21. Eriko da Silva, 77. Ədilxan Qarəhmədov, 79. Əli Sadıxov
Baş məşqçi: Aftandil Hacıyev

______________________________________________________________________________

Keşlə – Neftçi 2:1
Qol:
Franko Flores, 63. Sezar Meza Kolli, 82 – Donald Gerye, 45.
Hakimlər: Vüqar Həsənli, Mübariz Haşımov, Cavanşir Yusifov, Rauf Cabarov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASCO Arena”, 17:00

Keşlə: 1. Stanislav Namaşko, 4. Slavik Alxasov (k), 3. Cabir Əmirli, 17. Vüsal İsgəndərli, 11. Ruslan Qurbanov, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 5. Franko Flores, 10. Sezar Meza Kolli, 9. Lorenzo Frutos, 7. Tural Bayramlı
Ehtiyat oyunçular: 94. Rəşad Əzizli, 57. Əkpər Vəliyev, 33. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 19. Azər Salahlı, 14. Emin Mehtiyev, 22. Əfran İsmayılov, 90. Orxan Fərəcov, 13. Pərviz Azadov, 91. Samir Abdullayev
Baş məşqçi: Tərlan Əhmədov

Neftçi: 1. Səlahət Ağayev, 17. Rəhman Hacıyev, 8. Emin Mahmudov (k), 18. Tural Axundov, 25. Kiril Petrov, 10. Dario Frederiko, 9. Baqali Dabo, 36. Mamadu Kane, 28. Stiven Monroz, 77. Donald Gerye, 5. Anton Krivotsyuk
Ehtiyat oyunçular: 30. Aqil Məmmədov, 12. Kamran İbrahimov, 7. Namiq Ələsgərov, 19. Rauf Əliyev, 93. Soni Mustivar, 3. Mamadu Mbodj, 11. Evangelos Platellas, 6. Voyislav Stankoviç, 26. Ömər Buludov, 33. Turan Vəlizadə, 80. İsmayıl Zülfüqarlı
Baş məşqçi: Roberto Bordin

______________________________________________________________________________

10 noyabr

Sabah – Sumqayıt 1:3
Qol:
Ulisse Diallo, 32 – Peyman Babayi, 56. Mehdi Şərifi, 76. Əmir Ağayev, 90+5.
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rövşən Rəcəbov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“Bank Respublika Arena”, 16:30

Sabah: 1. Saşa Stamenkoviç (k), 22. Məqsəd İsayev, 10. Cavid İmamverdiyev, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 13. Filip İvanoviç, 23. Amadu Diallo, 27. Hendrik Ekşteyn, 9. Ulise Diallo, 26. Ozan Can Kökcü, 11. Şakir Seyidov
Ehtiyat oyunçular: 71. Dmitro Bezruk, 5. Kərim Diniyev, 6. Vadim Abdullayev, 19. Təmkin Xəlilzadə, 21. Rocer Roxas, 99. Abbas Ağazadə, 20. Anar Panayev, 38. Arsen Ağcabəyov
Məşqçi: Ramin Quliyev

Sumqayıt: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 46. Aleksey İsayev, 4. Şəhriyar Əliyev, 22. Sərtan Taşqın, 6. Vüqar Mustafayev, 90. Rəhim Sadıxov, 10. Əmir Ağayev, 8. Peyman Babayi, 5. Camaladdin Xocaniyazov, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 12. Nicat Mehbalıyev, 2. Rail Məlikov, 7. Ehtiram Şahverdiyev, 14. Elvin Bədəlov, 11. Elgün Nəbiyev, 9. Amil Yunanov, 50. İlqar Qurbanov, 70. Mehdi Şərifi, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 28. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov

______________________________________________________________________________

Qarabağ – Zirə 1:1
Qol: Maqaye Qeye, 5 – Riçard Qadze, 69.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Müslüm Əliyev, Səbuhi Bayramov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Tofiq Bəhramov adına Respublika Stadionu, 19:00

Qarabağ: 1. Asmir Beqoviç, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 30. Abbas Hüseynov, 4. Rahil Məmmədov, 7. Araz Abdullayev, 9. Xayme Romero, 99. Maqaye Qeye, 23. Faysal Rerras, 21. Hacıağa Hacılı, 18. İsmayıl İbrahimli
Ehtiyat oyunçular: 13. Vaqner da Silva, 12. Şahruddin Məhəmmədəliyev, 14. Rəşad Sadıqov, 20. Riçard Almeyda, 55. Bədavi Hüseynov, 8. Markos Madera, 6. Simeon Slavçev, 17. Abdullah Zubir, 3. Aylton Silva, 24. Nihad Tamazov, 71. Toral Bayramov, 29. Musa Qurbanlı
Baş məşqçi: Qurban Qurbanov
Zirə: 28. Boyan Zoqoviç, 8. İlkin Muradov, 88. Tellur Mütəllimov, 14. Bəxtiyar Həsənalızadə, 7. Cavid Hüseynov (k), 4. Elvin Camalov, 23. Mfo Kqasvane, 25. Miloş Bakraç, 6. Alvaro Ampuero, 43. Riçard Qadze, 70. Nicat Süleymanov
Ehtiyat oyunçular: 1. Orxan Sadıqlı, 10. Elvin Məmmədov, 17. Robin Nqalande, 5. Anastasios Papazoqlu, 11. Soni Norde, 99. Rafael Məhərrəmli, 64. Kənan Cəfərov
Baş məşqçi: Zaur Həşimov