39 yaşlı İbrahimoviçdən yeni rekord

İtaliya A Seriyasının 8-ci turu çərçivəsində “Milan”ın “Napoli”ni 3:1 hesabı ilə məğlub etdiyi oyun futbolçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “qırmızı-qaralar”ın iki qolunun müəllifi olan isveçli hücumçu A Seriyasının tarixinə düşüb. İbrahimoviç ardıcıl 8 oyunda qol vurmağı bacaran ilk futbolçu olub. O, bu oyunlarda ümumilikdə 13 qol vurub.

İbrahimoviç bu ilin yanvarından etibarən “Milan”ın şərəfini qoruyur. Onun müqaviləsi cari mövsümün sonunadək nəzərdə tutulub.