“Şaxtyor”da 18 nəfər koronavirusa yoluxdu

Ukraynanın “Şaxtyor” klubunda 18 nəfər koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə klubun idman direktoru Sergey Palkin məlumat verib.

Bildirilir ki, koronavirus testi pozitiv nəticələnən 18 nəfərin yarısı futbolçu, yarısı isə klub işçisidir. Həmin şəxslərin adları açıqlanmayıb. Koronavirusa yoluxmuş şəxslər karantinə alınıb.