“Real” 55 milyon avroluq transferə hazırlaşır

İspaniyanın “Real” klubu “Renn”in futbolçusunu heyətinə qatmaq niyyətindədir.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, “kral klubu” 17 yaşlı futbolçunun xidmətində maraqlıdır. Məlumata görə, komandanın baş məşqçisi Zinəddin Zidan Eduardo Kamavinqanı Kazemironun ideal əvəzləyicisi olaraq görür. Madrid təmsilçisi yarımmüdafiəçi üçün Fransa klubuna 55 milyon avro təklif edəcək. Razılıq əldə olunarsa, fransalı futbolçunun keçidi gələn ilin yayında rəsmiləşəcək.

Kamavinqanın “Renn”lə müqaviləsi 2022-ci ilin yayında başa çatır.