100-cü oyun, 80-ci qol

Futbol üzrə Fransa çempionatının 21-ci turu çərçivəsində baş tutan “Monpelye” ilə oyun (4:0) PSJ-nin hücumçusu Neymar üçün əlamətdar olub.

Komanda.az xəbər verir ki, braziliyalı hücumçu Paris təmsilçisinin heyətində 100-cü oyununa çıxıb.

28 yaşlı forvard 60-cı dəqiqədə qol da vurub. Bununla Neymar yubiley matçında həm də yubiley qola imza atıb. O, PSJ-də keçirdiyi 100 oyunda 80 qol vurub. Braziliya millisinin üzvü bu oyunlarda 46 məhsuldar ötürmə ilə də yadda qalıb.

Neymar PSJ-yə 2017-ci ildə İspaniya “Barselona”sından 222 milyon avroya keçib. Bu, futbol tarixinə ən bahalı transfer kimi düşüb.