10 qol buraxdı, Premyer Liqanın tarixinə düşdü

“Rostov”un qapıçısı Denis Popov Rusiya Premyer Liqasında “Soçi”yə 1:10 hesabıyla məğlub olduqları oyunun ən yaxşısı seçilib.

Komanda.az xəbər verir ki, bundan başqa, 17 yaşlı qapıçı böyükhesablı məğlubiyyətə baxmayaraq, çempionatın tarixinə də düşüb. Belə ki, Popov Premyer Liqa tarixində bir oyunda ən çox qurtarış edən qapıçı olub. O, qapısına vurulan 41 zərbədən 14-nü dəf etməyi bacarıb.

Dünən keçirilən oyundan əvvəl “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlandığı və əsas heyət karantinə alındığı üçün komanda qarşılaşmaya 17 yaşlı futbolçularla çıxıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button