10 illik “Beşiktaş” karyerasını başa vurdu

Türkiyə millisinin yarımmüdafiəçisi Oğuzhan Özyakup “Beşiktaş”dan ayrılıb.

Komanda.az xəbər verir ki, 29 yaşlı futbolçu 10 illik “Beşiktaş” karyerasını sonlandırdığını sosial şəbəkə hesabında açıqlayıb.

Oğuzhan 2012-ci ildən İstanbul klubunun uğurları üçün çalışırdı. 2020-ci ildə qısa müddət Niderlandın “Feyenoord” klubunda da icarədə oynamış yarımmüdafiəçi, “qara qartallar”ın heyətində meydana çıxdığı 303 matçda 35 qol vurub.

Türkiyə millisinin də üzvü olan yarımmüdafiəçi, yığmada 43 oyuna 1 dəfə fərqlənib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button