Totti: “Görək, Paulonu Romaya gətirə biləcəmmi?”

“Roma” “Yuventus”un hücumçusu Paulo Dibalaya təklif göndərib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, “Roma”nın sabiq hücumçusu Françesko Totti 28 yaşlı argentinalını “Roma”ya keçməyə razı salmaq istəyir. O, Dibala ilə görüşəcəklərini deyib:

“Görək, Paulonu Romaya gətirə biləcəmmi? Bir neçə günə görüşəcəyik, onu inandırmağa çalışacam. İstəsəydi, 10 nömrəmi ona məmnuniyyətlə verərdim. Amma buna qərar vermək mənim səlahiyyətimdə deyil”.

Dibala bu mövsüm “Yuventus”un heyətində 39 oyunda 15 qol vurub və 6 məhsuldar ötürmə edib. Hücumçunun Turin klubu ilə müqaviləsi bu ilin yayında bitir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button