1-ci divizionun qalibləri mükafatlandırıldı – VİDEO+FOTOLAR

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 2018/19 mövsümünün sonuncu oyunu MOİK – “Sabah-2” qarşılaşmasından sonra mükafatlandırma mərasimi keçirilib.

Komanda.az xəbər verir ki, Lökbatan Olimpiya İdman Kompleksində baş tutan tədbirdə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev, Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev və başqa rəsmi şəxslər iştirak ediblər. Hələ ötən tur rəsmi olaraq çempionluğu təmin edən MOİK-ə qızıl, “Sumqayıt-2”-yə isə gümüş medallar təqdim edilib. Sonuncu turda 4:1 hesabı ilə “Qaradağ Lökbatan”a qalib gələn “Neftçi-2” bürünc medallara sahib çıxıb.

Lökbatan Olimpiya İdman Kompleksində baş tutan mükafatlandırma mərasimindən fotoları təqdim edirik:

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button