“Qarabağ” son çempionu darmadağın etdi

Futbol üzrə Azərbaycan 1-ci divizionunda 8-ci tura yekun vurulub.

Komanda.az xəbər verir ki, ilk oyun günündə 3 qarşılaşma keçirilib. “Ağsu” “Sumqayıt-2”-ni, “Zaqatala” “Kəpəz”i darmadağın edib. “Sabah-2” ilə “Keşlə-2”-nin görüşündə isə qalib müəyyənləşməyib.

Turun qalan oyunları bu gün baş tutub. “Səbail-2” “Qaradağ Lökbatan”ı 5 cavabsız qolla məğlub edib. “Qarabağ”ın əvəzediciləri də son çempion MOİK-lə ev oyununda darmadağına sevinib. “Neftçi-2” də səfərdə “Zirə”nin əvəzediciləri ilə oyundan qələbə ilə ayrılıb.

Birinci divizion, 8-ci tur

24 oktyabr

Ağsu – Sumqayıt-2 3:0

Qol: Ceyhun Rəcəbli, 1. Elçin Əliyev, 2; 15.

Qırmızı vərəqə: Cavid Quliyev, 90+5 (Sumqayıt-2)

Hakimlər: Fərid Hacıyev, Pərvin Talıbov, Rəhman İmami, Kamal Umudlu
Hakim-inspektor: Kərim Ağayev
AFFA nümayəndəsi: Elgiz Abbasov
Ağsu şəhər stadionu

Sabah-2 – Keşlə-2 1:1

Qol: Filip İvanoviç, 27 – Tunar Mütəllimov, 39.

Hakimlər: Rəhman Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Namiq Bəkirov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Rüfət Əmirov
“Bank Respublika Arena” (ehtiyat meydança)

Zaqatala – Kəpəz 3:0

Qol: İbrahim Qədirzadə, 15. Bəhruz Teymurov, 45+3. Kamal Dənziyev, 88.

Qırmızı vərəqə: Səid İbadov, 90 (Zaqatala) – Ayxan Quluzadə, 71 (Kəpəz)

Hakimlər: Rauf Allahverdiyev, Eyyub İbrahimov, Teymur Teymurov, Rövşən Rəcəbov
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Asif Əliyev
Zaqatala şəhər stadionu

______________________________________________________________________________

25 oktyabr

Qarabağ-2 – MOİK 4:1
Qol: Cavid Bayramov, 28. Famin Əliyev, 71. Musa Qurbanlı, 77; 83 – Ümid Şükürlü, 33.
Hakimlər: Nicat İsmayıllı, Kamran Bayramov, Kərim Zeynalov, Etibar Həsənov
Hakim-inspektor: Fazil Mürşüdov
AFFA nümayəndəsi: İlham Əliyev
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

Zirə-2 – Neftçi-2 0:1
Qol: Əmrah Bayramov, 34.
Qırmızı vərəqə: Elçin Bayramov, 90+4 (“Zirə-2”)
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Elxan Əsgərzadə, Səbuhi Bayramov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Şaiq Həmidov
“AZAL Arena”

Səbail-2 – Qaradağ Lökbatan 5:0
Qol: Vidadi Cəfərov, 7; 50. Ramil Orucov, 53. Əli Sadıxov, 66; 90+1.
Hakimlər: Kamranbəy Rəhimov, Səbuhi Əmrahov, Zöhrab Abbasov, Namiq Bəkirov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
“ASCO Arena”

Qeyd: Turun “Qarabağ-2” – MOİK oyunu saat 15:30-da, digərləri 14:30-da başlayacaq. 8-ci turda “Turan Tovuz” komandası istirahət edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button