1/4 final mərhələsinin vaxtı müəyyənləşdi – Çempionlar Liqasında

Koronavirus səbəbiylə dayandırılan UEFA Çempionlar Liqasının 1/4  final mərhələsinin vaxtı müəyyənləşib.

Komanda.az “Sky Sports”a istinadən xəbər verir ki, sözügedən mərhələnin oyunları avqustun 13-14-də keçiriləcək. Azarkeşsiz keçiriləcək oyunlar neytral stadionlarda oynanılacaq.

ÇL-in yarımfinal və final qarşılaşmalarının isə əvvəlcədən xəbər verildiyi kimi, İstanbulda təşkil olunması gözlənilir.