Hollandiya millisinin üzvü “Ayaks”da

“Sevilya”nın futbolçusu Kvinsi Promes karyerasını Hollandiyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 27 yaşlı hücumçu “Ayaks” klubu ilə razılıq əldə edib. Bu barədə Hollandiyanın “De Telegraaf” nəşri məlumat yayıb. “Ayaks”ın Promeslə 2024-cü ilin yayına qədər sözləşmə imzalayacağı bildirilib.

“Ayaks”ın yetirməsi olan Promes, 2014-2018-ci illər aralığında Rusiyanın “Spartak” klubunda çıxış edib. 2018-ci ilin yayında 20 milyon avro qarşılığında “Sevilya”ya transfer olunan hücumçu, Hollandiya millisinin də üzvüdür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button