Əvvəlcə Bordin, sonra Efros

Avropa Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində iyulun 18-i saat 21:00-da 8-ci km stadionunda keçiriləcək “Neftçi” – “Speranta” oyunu öncəsi “Neftçi”nin baş məşqçisi Roberto Bordinin mətbuat konfransı təşkil olunacaq.

Komanda.az klubun saytına istinadən xəbər verir ki, tədbir iyulun 17-si 8-ci km stadionunda keçiriləcək və saat 17:30-da başlanacaq. Konfransdan sonra, saat 18:00-da “ağ qaralar”ın media nümayəndələri üçün açıq (ilk 15 dəqiqəsi) məşqi keçiriləcək.

Həmin gün 8-ci km stadionunda “Speranta” klubunun baş məşqçisi Kristian Efrosun da mətbuat konfransı və komandanın açıq məşqi (ilk 15 dəqiqəsi) olacaq. Konfrans saat 19:30-da, məşq isə saat 20:00-da başlanacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button