Əsgərova 73 dəqiqə bəs etmədi

Futbol üzrə Latviya çempionatında 26-cı turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da növbəti matçına çıxıb. Sözügedən kollektiv səfərdə “Riqa” ilə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 73-cü dəqiqədə əvəzlənib.

Cari mövsümdə 8 qol vuran futbolçumuz bu oyunda fərqlənə bilməyib.

“Liepaya” hazırda 28 xalla 9 komanda arasında 6-cı pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button