Əsgərov “Dauqavpils”ə qələbə qazandırdı

Futbol üzrə Latviya çempionatında 11-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular – Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi “Dauqavpils” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Valmiera” ilə üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azərbaycanlı futbolçulardan ikisi – Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıblar və sonadək mübarizə aparıblar. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Komandasının yeganə qolunu da Vüqar vurub. O, 80-ci dəqiqədə fərqlənib. Hesabında 6 qol olan Əsgərov hazırda Latviya çempionatının ən yaxşı bombardiridi.

“Dauqavpils” isə 16 xalla 9 komanda arasında 3-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button