“Əsas odur ki, 3 xal qazandıq” – Zlatko Daliç

Futbol üzrə Xorvatiya yığmasının baş məşqçisi Zlatko Daliç AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirdikləri oyunu şərh edib.

Komanda.az xəbər verir ki, xorvatiyalı mütəxəssis doğma meydanda 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra təşkil olunan mətbuat konfransında bunları söyləyib:

“Oyunçularımı qələbə münasibətilə təbrik edirəm. Azarkeşlərə dəstəklərinə görə minnətdaram. Seçmə mərhələnin əvvəlində vacib 3 xal qazandıq. İndi bizi Macarıstanla səfər oyunu gözləyir”.

53 yaşlı mütəxəssis bildirib ki, qonaq komanda çox motivasiyalı olub. O, oyunun əvvəllərində çoxlu imkan yarada bilməmələrindən şikayətlənib: “Amma bu, hələ seçmə mərhələnin əvvəlidir. Əsas məsələ odur ki, 3 xal qazandıq”.

Qeyd edək ki, Xorvatiya Macarıstanla martın 24-də Budapeştdə üz-üzə gələcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button