“Əsas günahkar Premyer Liqa səviyyəsini aşan “Qarabağ”dır” SORĞU

“Neftçi” Avropa Liqasının 3-cü təsnifat mərhələsində İsrailin “Bney Yehuda” klubuna məğlub olduqdan sonra Premyer Liqada da uğursuz çıxış edir. “Ağ-qaralar” çempionatda keçirdiyi 4 turdan sonra 4 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.

Komanda.az paytaxt klubunun uğursuzluğuna azarkeşlərin, oxucuların münasibətini öyrənib. Sosial şəbəkədəki sorğumuza qatılanlar “Neftçi” ilə bağlı bunları yazıblar:

Sevinc Memmedova 

“Məncə, “Neftçi”də problem çoxdur. Ən böyük problem heç bir məşqçiyə güvənməmələridir. 6-7aydan bir, bir mövsümdən bir məşqçi dəyişməzlər. Məşqçiyə şans vermək lazımdır ki, nəticə göstərmək üçün işləsin. Bura Avropa deyil ki, Mourinyonu qovub, Pepi gətirəsən, o da qısa zamanda nəticə verə. Gələn adam öz heyətini, sistemini qurmalıdır. Misal üçün, Qurban Qurbanov neçə il çempion olmadı. Amma rəhbərlik ona güvəndi. Şans verdilər, bu gün də nəticəsini görürlər”.

Rustam Efendiyev 

“Sevinc Memmedova, “Qarabağ”ın durumu tam başqadır. Qurban hazır toplanmış (Rasim Karanın yığdığı) komandaya gəldi və ən əsası, futbol oynatdı. “Neftçi”də 3-5 oyun futbol olan kimi ara qarışır. Üstəlik, “Qarabağ”da yeyiləsi mümkün dövlət pulları, hoqqabaz prezidentlər, transfer hiylələri bu neçə ildə olmayıb. Elxan (Məmmədov) ora öz bisavadlarını soxuşdurmayıb. Həm də, Qurban ilk ilində kubok aldı, Avroliqada pley-offa gəlib çıxdı”.

Ceyhun Rustemov 

“Balıq başdan iylənər deyiblər. Ən böyük problem rəhbərlikdədir. Onlar anlamırlar ki, hansı kluba rəhbərlik edirlər. “Neftçi” tarixi bir klubdur və daim çempionluğa oynayıb . İndi “Neftçi” turnir cədvəlinin ortasında qərarlaşıb. 8 komandalı çempionatda bu mövqedə olmaq “Neftçi” adına rüsvayçılıqdır. Rəhbərlikdən tutmuş, baş məşqçiyə kimi, hər biri istefa verməlidir. Amma dünən Bordinin mətbuat konfransında gördüm ki, o, özünü günahkar bilmir və istefa vermək fikrində deyil. Misal var, deyir, utanmasan, oynamağa nə var ki”.

Altay Alkhasov 

“Mən hal-hazırda Bordini bacarıqsız məşqçi kimi görürəm. Bu məşqçinin oyun dəsti-xətti yoxdur. Komandada oyun kombinasiyası, komandanın oyun stili deyilən bir şey yoxdur. Məşqçi futbolçulardan düzgün istifadə etmir. Futbolçular öz istedadlarının hesabına oynayırlar. Əlbəttə, burda rəhbərliyin də günahı var”.

Kenan Hesenov 

“Məni də oxucu kimi siyahınıza əlavə edirsizsə, deyim. Səbəb çox sadədir. Günah nə “Neftçi”də, nə onun rəhbərliyində, nə də digər komandalardadır. Əsas günahkar Premyer Liqa səviyyəsini aşan “Qarabağ”dır. “Neftçi”nin və ya qeyri-klubun çempionluğu ancaq “Qarabağ”ı Premyer Liqadan kənarlaşdırmaqla mümkündür”.

Fərid Baxışov 

“Hələ yayda da deyirdilər “Neftçi” bu il çempiondur”.

Samir Musayev 

“Bir şeyi bilməlisiz, Ukrayna, Qazaxıstan, Belarusiya kimi ölkələr bir klubu Avropada oynadıb, gücləndirir. Qalanları da onlara baxıb, rəqabəti artırıb. Bizdə indi həmin keçid dövrüdür. “Qarabağ”la rəqabət apara biləcək komanda “Qarabağ”ı yaxşı analiz edib, transferi uğurlu etməlidir. Vəssalam”.

Ismayil Abdullayev 

“Qıraqda heç kimdə günah axtarmaq lazım deyil, günahların hamısı Kamran Quliyev və Ceyhun Sultanovdadır. Bu o Kamrandır ki, AFFA-dakı day-dayının hesabına “Sumqayıt”da yatıb, səhər “Neftçi”də ayıldı. İndi hansı klubun prezidenti olduğunu anlamayan Kamran da, onun quyruğunda fırlanan, gözünə eynək taxıb özünü ağıllı göstərmək istəyən Ceyhun da Kamran kimi günahkardır. O Ceyhun ki, qələbəyə görə 100 faiz “premya” istəyir, ancaq uğursuzluq olanda çıxıb heç bir açıqlama vermir”.

Vuqar Qazixanov 

“Neftçi” ilə  Azərbaycan futbolunun dərdi eynidir, hər ikisi eyni bəladan qurtulmalıdır”.

Nicat Balacayev 

“Transferlərə ehtiyac var”.

Cəfərqulu Süleymanov 

“Kamran, Ceyhun və Bordin kimi səriştəsizlər… O üçlük bu dəqiqə Region Liqasına da lazım deyil… Heyf  “Neftçi”nin adından”.

Moral Moral 

“Roberto Bordin qovulmalıdır. “Neftçi”nin transferlərinə cavabdeh adam  kimdirsə, o da qovulmalıdır”.

Hafiz Samadov 

“Neftçi”nin ən böyük səhvi Federiko, Dabo, Monroz, sonradan da Geryeni gətirməsidir. Hamısı problemli futbolçulardır, bunlarla “Qarabağ”ı məğlub etmək mümkün deyil. “Qarabağ”a uduzan hər komandanın baş məşqçisi istefa versə, onda “Qarabağ”dan başqa komanda qalmayacaq. “Neftçi”də nizam-intizam da xeyli zəifdir. Məncə, artıq “torba tikmə” əməliyyatı “Qəbələ” və “Sabah”dan sonra “Neftçi”də olacaq, daha doğrusu, başlanıb. Amma “Sabah” baş məşqçini “Neftçi”dən tez istefaya göndərdi”.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button