Ən çox qol vuran futbolçular açıqlandı

2022-ci ilin ilk altı ayı ərzində beynəlxalq oyunlarda ən çox qol vuran futbolçuların adları açıqlanıb.

Komanda.az Futbol Tarixi və Statistikaları Federasiyasının saytına istinadən xəbər verir ki, siyahıya Fransa millisinin və “Real”ın futbolçusu Kərim Benzema başçılıq edir. 35 yaşlı hücumçu 6 ay ərzində 11 qola imza atıb. Benzema qolların 10-nu UEFA Çempionlar Liqasında, birini isə UEFA Millətlər Liqasında vurub. 

“Liverpul”dan “Bayern”ə keçən Sadio Mane 10 qolla ikinci sırada qərarlaşıb. Seneqallı futbolçu 7 dəfə milli komandada, 3 dəfə isə Çempionlar Liqasında fərqlənib. 

“Roma”da çıxış edən Eldor Şomurodov, Meksikanın “Pumas UNAM” klubundan Xuan Dinenno və Braziliya “Palmeyras”ından Rafael Veyqa 9 qolla növbəti yerləri bölüşdürür.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button