Əliyevli “Ufa”dan “Axmat” üzərində qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Axmat”la üz-üzə gəlib. Əliyevin komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 86-cı dəqiqədə əvəzlənib.

“Ufa” 13 turdan sonra 13 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button