Əliyevin komandasından inamlı qələbə

Futbol üzrə Rusiya Premyer Liqasında 12-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın gənclərdən ibarət yığmasının sabiq hücumçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Rostov”la qarşılaşıb. Əliyevin komandası bu görüşdən qələbə ilə ayrılıb – 2:0.

Kamran bu matçın iştirakçısı olmayıb. Cari mövsümdə bir qol vurmuş Əliyev bu dəfə sonadək ehtiyatda qalıb.

12 turdan sonra 9 xalı olan “Ximki” 16 iştirakçı arasında 14-cü pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button