Əliyevin komandası İspaniyadakı ilk sınağından qalib ayrıldı

İspaniyada təlim-məşq toplanışında olan Rusiyanın “Ufa” klubu buradakı hazırlıq çərçivəsində ilk yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi Başqırdıstan təmsilçisi İsveçrənin “Rappersvil” klubu ilə üz-üzə gəlib.

Üç qolun qeydə alındığı matç “Ufa”nın qələbəsiylə başa çatıb – 2:1. Azər bu görüşün iştirakçısı olmayıb.

Əliyevin komandası növbəti sınaq matçını fevralın 22-də Moskva ÇSKA-sına qarşı keçirəcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button