Əliyevin komandası 1/16 finalda

Futbol üzrə Rusiya Premyer Liqasında 1/32 final mərhələsinin oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Rusiya 1-ci divizionunda mübarizə aparan sözügedən kollektiv Kursk “Avanqard”ı ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 4:1 hesablı qələbə ilə ayrılıb və 1/16 finala vəsiqə qazanıb.

Kamran da bu görüşün iştirakçısı olub. O, fasilədən dərhal sonra meydana buraxılıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button