İrqçiliklə mübarizəyə 100 milyon dollar bağışlayacaq – əfsanəvi basketbolçu

Əfsanəvi basketbolçu Maykl Cordan irqçiliklə mübarizəyə dəstək olub.

Komanda.az xəbər verir ki, keçmiş idmançı irqçiliklə mübarizə aparan qurumlara 100 milyon dollar bağışlayacaq. Bu barədə Maykla məxsus olan “Jordan” şirkətinin mətbuat xidmətindən açıqlama verilib. Açıqlamada, bağışlanacaq pulun 10 il içində ödənəcəyi bildirilib.

Mayın 25-də ABŞ-da Afrika kökənli Corc Floyd polis tərəfindən irqçiliyə məruz qalaraq, öldürülüb. Bundan sonra ölkədə kütləvi etirazlar başlayıb.

Maykl Cordanın sərvəti 2,1 milyard dollardır. O, 1984-2003-cü illər aralığında basketbolla məşğul olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button