“Meydana çıxmasam, qolf oynayacam” – Beyl

“Real”dan ayrılacağı iddia edilən Qaret Beyl İspaniya mətbuatına açıqlama verib.

Komanda.az xəbər verir ki, uelsli hücumçu, klubdakı gələcəyiylə bağlı danışıb:

“Üç illik müqaviləm var. Məni göndərmək istəyirlərsə, üç il boyunca 15 milyon avro ödəməlidirlər. Ödəmək istəməyəcəklərsə də, burda qalacam. Meydana çıxmasam da, qolf oynayacam. Ancaq yenə də burda qalacam”.

“Real”la bu mövsüm 42 oyuna çıxan Beyl, 14 qola imza atıb.

İspaniya mətbuatı “Real”ın baş məşqçisi Zinəddin Zidanın Beyli göndərmək istədiyini iddia edir.