“Qəbələ”nin prezidentinə medal verdilər

Ölkə prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə bir qrup idman adamını mükafatlandırıb.

Komanda.az xəbər verir ki, Cümhuriyyət medalı ilə təltif edilənlər arasında “Qəbələ” klubunun prezidenti Fariz Nəcəfov da var.

Nəcəfov karate üzrə dəfələrlə dünya və Avropa çempionu olub.