“Neftçi”nin futbolçusu sıradan çıxdı – Avropa Liqası matçlarında olmayacaq

“Neftçi”nin haitili yarımmüdafiəçisi Soni Mustivar milli komandanın düşərgəsində zədələnib.

Komanda.az xəbər verir ki, bu barədə Haiti Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb. Mustivar məşq zamanı, komanda yoldaşı ilə toqquşma nəticəsində zədələnib.

Müayinədən sonra 29 yaşlı futbolçunun sağ dizinin iç bağlarının qırıldığı məlum olub. Bu isə o deməkdir ki, Mustivar azı bir ay yaşıl meydanlardan uzaq qalacaq. O, zədəyə görə “Neftçi”nin Avropa Liqasının təsnifat mərhələsindəki matçlarında forma geyinə bilməyəcək.

Haiti millisi hazırda ABŞ, Kosta-Rika və Yamaykada təşkil olunacaq “Gold Cup” turnirinə hazırlaşır.