Əsgərov mövsümün son matçında 70 dəqiqə oynadı

Futbol üzrə Latviya çempionatında mövsümə yekun vurulub.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” da sonuncu matçına çıxıb.

Sözügedən kollektiv 36-cı tur çərçivəsində səfərdə “Ventspils”lə üz-üzə gəlib. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Vüqar da bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib.

“Liepaya” mövsümü 39 xalla 9 komanda arasında 6-cı pillədə başa vurub. Vüqar isə geridə qalan mövsümdə 8 qolla yadda qalıb.