Əsgərov 90 dəqiqə oynadı, Şirinov…

Futbol üzrə Latviya çempionatında 25-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçuların komandalarının dueli ilə əlamətdar olub.

Belə ki, Vüqar Əsgərovun formasını geyindiyi “Liepaya” onun keçmiş komandası, Əli Şirinovun şəfərini qoruduğu “Dauqavpils”i qəbul edib. Qarşılaşma qonaq komandanın inamlı qələbəsiylə başa çatıb – 2:1.

Vüqar da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Əsgərov 56-cı dəqiqədə sarı vərəqə ilə də cəzalanıb.

Əli isə komandasının qələbəsini ehtiyat oyunçular skamyasından izləyib.

“Liepaya” hazırda 28 xalla 9 kollektiv arasında 6-cı, “Dauqavpils” isə 24 xalla 8-cidi.