“Əsas məqsədimiz Avropa Liqasını qazanmaqdır” – Ançelotti

Avropa Liqasının 1/8 final mərhələsində “Zalsburq”u mübarizədən kənarlaşdıran “Napoli”nin baş məşqçisi Karlo Ançelotti matçdan sonra açıqlama verib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 59 yaşlı mütəxəssis, əsas hədəflərinin Avropa Liqasını qazanmaq olduğunu deyib:

“Meydanda düzgün oyun göstərsək də, çətinliyimiz oldu. İlk matçda 3:0 hesabı ilə qalib gəldiyimiz üçün rahat hiss etməli idik. Oyunun əvvəlindən yaxşı başladıq. Artıq 1/4  final mərhələsini gözləyirik. Bu mərhələ də çətin olacaq.

A Seriyasında istədiyimiz yerdə deyilik. Əsas məqsədimiz Avropa Liqasını qazanmaqdır”.

“Napoli” Avroliqanın 1/4 mərhələsində “Arsenal”la qarşılaşacaq.