“Əsas hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır” – “Makkabi”nin üzvü

UEFA Avropa Liqasının qrup mərhələsinin ilk turu çərçivəsində öz meydanında “Qarabağ”a 1:0 hesabı ilə qalib gələn “Makkabi”nin futbolçusu Dan Qlazer açıqlama verib.

Komanda.az İsrail mətbuatına istinadən xəbər verir ki, koronavirusdan sağalan futbolçulardan olan Qlazer, oyunla bağlı bunları deyib:

“Uzun müddətdir oynamadığıma görə futbol üçün darıxmışdım. “Qarabağ”la oyunun qələbəmizlə başa çatdığına görə sevinirəm. Futbol üçün ac idik, yenidən meydana qayıtdım və komandam qələbə qazandı. Uzun fasilədən sonra bütün gücümüzlə qayıtdığımızı “Qarabağ”la oyunda göstərdik. Əsas hədəfimiz növbəti mərhələyə vəsiqə qazanmaqdır”.