Xoşbəxt Ronaldo

“Mançester Yunayted”in və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo milli komandaların ən yaxşı bombardiri mükafatını almasına münasibət bildirib.

Komanda.az xəbər verir ki, o, xoşbəxt olduğunu deyib:

“Milli komandaların ən yaxşı bombardiri mükafatını aldığıma görə xoşbəxtəm. Birlikdə oynadığım və oynamağa davam edəcəyim insanlarla fəxr edirəm”.

Sentyabrın 24-də Portuqaliya millisi UEFA Millətlər Liqasının 5-ci turu çərçivəsində Çexiya ilə qarşılaşacaq.

37 yaşlı portuqaliyalı millinin heyətində keçirdiyi 189 oyunda 117 qol vuraraq, 109 qola sahib iranlı sabiq hücumçu Əli Daeini qabaqlayır.

Bizi Telegramda izləyin