Ən gənc “beşlik”

“Zirə”nin tarixində Premyer Liqa matçına çıxan ən gənc futbolçu Rafael Məhərrəmlidi.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, “qartallar”ın heyətində 2018/19 mövsümündə debüt edən oyunçu 19 yaş 4 ay 12 günlüyündə ilk matçını keçirib. O, komandanın tarixində 20 yaşı olmadan Premyer Liqa qarşılaşmasına çıxan 4 futbolçudan biridi.

Məhərrəmliyə qədər uzun müddət rekordçu olan Vüsal İsgəndərli, həmçinin Adil Nağıyevlə Yusif Nəbiyev də “20”yə çatmadan debüt edib. Ən gənc oyunçulardan təşkil olunan “beşliy”i cari mövsümdə debüt şansı qazanan Rauf Hüseynli qapayır.

  1. Rafael Məhərrəmli – 19 yaş 4 ay 12 gün
    10.02.2019. “Səbail” – “Zirə” – 0:2
  2. Vüsal İsgəndərli – 19 yaş 10 ay 10 gün
    13.09.2015. “Sumqayıt” – “Zirə” – 0:0
  3. Adil Nağıyev – 19 yaş 10 ay 28 gün
    09.08.2015. “Zirə” – AZAL – 1:0
  4. Yusif Nəbiyev – 19 yaş 11 ay 10 gün
    13.08.2017. “Zirə” – “Səbail” – 2:1
  5. Rauf Hüseynli – 20 yaş 7 gün
    01.02.2020. “Zirə” – “Sabah” – 2:0