Əmirquliyev: “İçimizdə bir inam var”

“Uzun yol qət etməyimizə rəğmən, əhval-ruhiyyə yaxşıdı. İçimizdə bir inam var. Ümid edirəm ki, istədiyimiz nəticəni əldə edə biləcəyik”.

Komanda.az xəbər verir ki, bunu “Səbail”in futbolçusu Rahid Əmirquliyev Rumıniyanın “Universitatya Krayova” klubuna qarşı keçirəcəkləri Avropa Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunundan əvvəl təşkil olunmuş mətbuat konfransında deyib.

30 yaşlı yarımmüdafiəçi bildirib ki, komanda yoldaşı Maykl Essyen kimi “Universitatya Krayova”da da yaxşı futbolçular var: “İndiyədək bu komandanı izləməmişdim. Amma ilk oyunda 22 və 14 nömrəli futbolçuları bəyəndim”.

Qeyd edək ki, iyulun 18-də “İon Oblemenko” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlanacaq.