“Bunların öhdəsindən gəlmək asan deyil” – Kurtua

“Real”ın futbolçusu Tibo Kurtua komanda yoldaşı Eden Hazardla bağlı açıqlama verib.

Komanda.az İspaniya mətbuatına istinadən xəbər verir ki, uzun müddətdir zədəli olan Hazardla bağlı danışan Kurtua, onun tezliklə ideal formaya düşəcəyinə inandığını bildirib:

“Mən ondan şübhə etmirəm. Əminəm ki, ən qısa zamanda ideal Hazardı görəcəyik. O, hazırda yaxşı görünür və tezliklə özünü sübut edəcək. Zədələnməmişdən əvvəl bir neçə oyunu yaxşı keçirdi. Təəssüf ki, o, belə uğursuzluqlar yaşadı. Bunların öhdəsindən gəlmək asan deyil. İnanıram ki, Hazard ən qısa zamanda qayıdacaq və komandasını oyunu ilə sevindirəcək”.