Əliyevli “Ufa” Moskvadan xalsız döndü

Futbol üzrə Rusiya Premyer Liqasında 9-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Moskva “Spartak”ı ilə üz-üzə gəlib. Əliyevin komandası bu oyundan məğlubiyyətlə ayrılıb – 0:2.

Azər də bu görüşün iştirakçısı olub. O, komandasının start heyətində meydana çıxıb və 80-ci dəqiqədə əvəzlənib.

“Ufa” 9 turdan sonra 8 xalla 16 kollektiv arasında 13-cü pillədə qərarlaşıb.