Əliyevli “Tambov” Moskva ÇSKA-sı ilə bacarmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 24-cü turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin formasını geyindiyi “Tambov” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda Moskva ÇSKA-sı ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb – 1:2.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 24 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.