Əliyevlərin dueli baş tutmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 15-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, hesabat turu azərbaycanlı futbolçular Azər Əliyev və Kamran Əliyevin formasını geyindiyi “Ufa” və “Ximki” komandalarının görüşü ilə əlamətdar olub.

Başqırdıstanda keçirilən oyunda qapılara üç qol vurulub. Qələbəni isə qonaqlar bayram ediblər – 2:1.

Maraqlıdır ki, həm Azər, həm də Kamran bu oyunun iştirakçısı olmayıb. Onlar matçı sonadək ehtiyat oyunçular skamyasından izləyiblər.

“Ufa” 15 oyunda topladığı 7 xalla 16 kollektiv arasında sonuncudursa, “Ximki” 15 xalla 12-cidir.