Əliyevlər üçün 90 dəqiqə

Futbol üzrə Rusiya Premyer Liqasında 2-ci turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçu Azər Əliyevin formasını geyindiyi “Ufa” bu gün səfərdə Tula “Arsenal”ı ilə qarşılaşıb.

Beş qolun qeydə alındığı matç Başqırdıstan təmsilçisinin səfər qələbəsiylə başa çatıb – 3:2. Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.

Digər azərbaycanlı futbolçunun – Kamran Əliyevin çıxış etdiyi “Ximki” də səfərdə “Soçi” ilə münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə qalib müəyyənləşməyib – 1:1. Kamran da start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb.

İki turdan sonra 3 xala malik “Ufa” 8-ci, 1 xalı olan “Ximki” isə 12-ci pillədə qərarlaşıb.