Əliyev üçün 61 dəqiqə və 3 xal

Futbol üzrə Rusiya çempionatının 1-ci divizionunda 2-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, Azərbaycanın U-21 yığmasının sabiq futbolçusu Kamran Əliyevin formasını geyindiyi “Ximki” də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Kursk” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan qələbə ilə ayrılıb – 3:0.

Kamran da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 61-ci dəqiqədə əvəzlənib.

İlk turda dubla imza atan Əliyev bu dəfə fərqlənməyib. “Ximki” isə iki turdan sonra maksimum xalla 20 kollektiv arasında zirvədə qərarlaşıb.