Əliyev oynadı, komandası “Arsenal”la bacarmadı

Futbol üzrə Rusiya Premyer Liqasında 5-ci turun oyunları keçirilib.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə Tula “Arsenal”ı ilə üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan məğlubiyyətlə ayrılıb – 0:1.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Turqay isə qarşılşmanı sonadək ehtiyat oyunçular skamyasından izləyib.

“Ufa” 5 turdan sonra 4 xalla 16 kollektiv arasında 13-cü sırada qərarlaşıb.