Əliyev komandasına qələbə qazandırdı, yenə ən yaxşı seçildi

Futbol üzrə Rusiya Premyer Liqasında 19-cu turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, azərbaycanlı futbolçular Azər Əliyevlə Turqay Möhbalıyevin formasını geyindiyi “Ufa” da növbəti matçına çıxıb.

Sözügedən kollektiv səfərdə “Axmat”la üz-üzə gəlib. Başqırdıstan təmsilçisi bu oyundan qələbə ilə ayrılıb – 1:0.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Komandasının yeganə qolunu da 10-cu dəqiqədə Əliyev vurub. Bunun sayəsində o, Premyer Liqanın təşkilat komitəsi tərəfindən bu matçın ən yaxşısı seçilib. Hansı ki, azərbaycanlı futbolçu ötən turda da matçın ən yaxşısı seçilmişdi. Daha çox əvəzedici komandada çıxış edən Möhbalıyevin adı isə ümumiyyətlə, bu matçın iştirak ərizəsinə daxil edilməyib.

“Ufa” 19 turdan sonra 25 xalla 16 kollektiv arasında 7-ci sırada qərarlaşıb.