Əliyar Ağayevdən Bolqarıstan – Uels matçında 7 sarı vərəqə

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev UEFA Millətlər Liqasının oyununu idarə edib.

Komanda.az xəbər verir ki, o, qrup mərhələsinin 4-cü turu çərçivəsində baş tutan Bolqarıstan – Uels matçının baş hakimi olub.

Görüş qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ağayev meydan sahiblərinin 3, qonaqların isə 4 futbolçusuna sarı vərəqə göstərib.

Qeyd edək ki, Əliyar Ağayevə bu qarşılaşmada yan xətt hakimləri Zeynal Zeynalovla Akif Əmirəli kömək edib. Dördüncü hakim funksiyasını isə Rəhim Həsənov yerinə yetirib.