Əliyar Ağayev Millətlər Liqasının oyununda

Azərbaycanın FİFA hakimi Əliyar Ağayev növbəti beynəlxalq təyinat alıb.

Komanda.az xəbər verir ki, UEFA Millətlər Liqasında Bolqarıstan və Uels yığmaları arasında keçiriləcək oyun Əliyar Ağayevə tapşırılıb. Ona yan xətt hakimləri Akif Əmirəli və Zeynal Zeynalov kömək edəcək, Rəhim Həsənov isə dördüncü hakim funksiyasını yerinə yetirəcək. Albaniyalı Sokol Yareçi hakim-inspektor, litvalı Vladimir Buzmakov isə UEFA nümayəndəsi kimi oyuna təyinat alıb.

B Liqasının 4-cü qrupunda keçiriləcək Bolqarıstan – Uels oyunu oktyabrın 14-də, saat 22:45-də start götürəcək.