“Əlimdə kifayət qədər futbolçu yoxdur” – Klopp

UEFA Çempionlar Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində “Ayaks”la qarşılaşacaq “Liverpul”un baş məşqçisi Yurgen Klopp açıqlama verib.

Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, çətin oyun olacağını bildirən alman mütəxəssis, heyətlə bağlı çətinlik çəkdiyini etiraf edib:

“Yaxşı komandaya qarşı çətin oyunumuz var. Belə matçlarda futbolçuların oyuna nə dərəcədə hazır olmaları böyük əhəmiyyət kəsb edir. Əlimdə kifayət qədər futbolçu yoxdur. İki gün əvvəl meydana çıxan futbolçular bu gün oynamalı olacaqlar. Çempionlar Liqasını və ya Premyer Liqanı daha üstün tutmaq üçün yetərli futbolçularım yoxdur. Bu iki turnir arasında fərq qoymuruq. Hər iki yarış bizim üçün çox vacibdir.

Akademiyadan gələn futbolçular komandaya çox yaxşı uyğunlaşdılar. Çox yaxşı işlər gördülər, bizə çox kömək etdilər. Onlar həmin mövqedə oynayan əvvəlki futbolçularla müqayisə olunmamalıdırlar”.

“Liverpul” – “Ayaks” oyunu bu gün, saat 00:00-da başlayacaq.