“Əl-Əyn” Bəhlul Mustafazadənin transferindən imtina etdi! – “Sabah” şikayət edəcək

“Sabah” klubu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Əl-Əyn” klubundan futbolçu Bəhlul Mustafazadənin keçidi ilə əlaqədar transfer müqaviləsinin ləğv edilməsi ilə bağlı məktub alıb.

Komanda.az xəbər verir ki, bu barədə “Sabah” rəsmi saytı vasitəsiylə məlumat yayıb. Məlumatda deyilir:

“Futbolçunun keçidindən imtina, transfer reallaşdıqdan 18 gün sonra edilib. Hansı ki, futbolçunun “Sabah”la müqaviləsi artıq qüvvədən düşmüş hesab edilirdi. Klubumuz məsələ ilə bağlı “Əl-Əyn”ə qarşı maliyyə və intizam cəzaları tələbi ilə FİFA-ya müraciət etməyə hazırlaşır. Bəhlulun statusuna gəldikdə isə, futbolçu hazırda azad agentdir”.

Azərbaycan milli komandasının da üzvü olan müdafiəçinin keçidi üçün “Əl-Əyn”in “Sabah”a 500-600 min avro (1-1,2 milyon AZN) arası təzminat ödəyəcəyi deyilirdi.