Tayson rinqə qayıdır – video

Əfsanəvi boksçu Mayk Tayson yenidən döyüşə çıxmağa hazırlaşır.

Komanda.az xəbər verir ki, bu barədə o, şəxsi “tvitter” hesabında məlumat yayıb. 53 yaşlı idmançı, koronavirus pandemiyasından zərər çəkənlərə yardım məqsədiylə xeyriyyə döyüşündə iştirak edəcək. Taysonun rəqibinin kim olacağı hələ məlum deyil.

Mayk Tayson peşəkar karyerası ərzində 58 döyüş keçirib və onların 50-də qələbə qazanıb. Bu qələbələrin 44-ü nokautla olub.